“Hyundai” piyadanı vurub öldürdü
Qəzalar 6 Sentyabr 2019 20:55 270 dəfə oxunub
“Hyundai” piyadanı vurub öldürdü
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, dünən axşam saat 20 radələrində Xaçmazın Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub. Xəstəxanaya yerləşdirilən piyadanın orada öldüyü bildirilir.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh