Yol nişanlarını söküb at arabası ilə apararkən saxlanıldı - FOTO
Maraqlı 7 Sentyabr 2019 01:03 203 dəfə oxunub
Yol nişanlarını söküb at arabası ilə apararkən saxlanıldı - FOTO
Hadisə Türkiyədə qeydə alınıb

Tekirdağda at arabası ilə dəmir toplayan A.K yol kənarındakı yol nişanı lövhələrini də söküb. Nəticədə o, polislər tərəfindən saxlanılıb.

Avtosfer.az AzNews.az-a istinadən xəbər verir ki, Süleyman Paşa ilçəsinin Hürriyyət məhəlləsi Necati Sezen küçəsində at arabası sürən kişinin yol kənarlarındakı yol nişanı lövhələrini sökdüyünü görənlər polisə şikayət ediblər.

Şikayətə görə əraziyə gələn polis əməkdaşları yol lövhələrini yüklədiyi at arabası ilə qaçmağa çalışan A.K.-nı saxlayıb.

Polis "Lövhələri hardan götürdün?" sualını deyəndə isə o, ”Bunları sökmədim, yol kənarından götürdüm” deyib. A.K. at arabası ilə birlikdə polis idarəsinə aparılıb və həbs olunub.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh