İdarəetmədən çıxan avtomobil evin içinə girdi - FOTO
Qəzalar 7 Sentyabr 2019 01:05 275 dəfə oxunub
İdarəetmədən çıxan avtomobil evin içinə girdi - FOTO
Qəzada ana və 2 uşaq yaralanıb

İstanbul şəhərində idarəetməni itirən 34 AZZ 578 nömrəli avtomobil 2 maşını vurduqdan sonra 5 mərtəbəli binanın birinci mərtəbəsindəki evə girib.

Avtosfer.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə 20:30 radələrində Esenyurtun Mehterçeşme məhəlləsi 1943 küçəsində baş verib.

Məlumata əsasən bildirilir ki, avtomobili sürən qadın olub. O, biri körpə olmaqla 2 uşağını maşına mindirərək yola çıxır və tıxac olduğundan idarəetməni itirir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlib.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, maşının girdiyi ev boş olub.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh