Atomobili ilə piyadanı öldürən məktəb direktoru danışdı - "Xəstəxanaya apardım..."
Qəzalar 7 Sentyabr 2019 01:08 189 dəfə oxunub
Atomobili ilə piyadanı öldürən məktəb direktoru danışdı - "Xəstəxanaya apardım..."
Piyada qəfildən maşının qabağına çıxıb

Xaçmazda Nabran kənd məktəbinin direktoru avtomobili ilə piyadanı öldürdüyü hadisəsinin bəzi təfərrüatı məlum olub.

Avtosfer.az xəbər verir ki, Nabran kənd orta məktəbinin direktoru Mirbala Orucov AzNews.az-a açıqlamasında faktı təsdiqləyib:

“Hadisə dünən gecə saatlarında baş verib. Ani bir hadisədir, piyada qəfildən maşının qabağına çıxıb. Onu həmin anda qucaqlayıb maşına mindirdim və sonra götürüb xəstəxanaya apardım. Nə lazımdırsa, yardım üçün kömək etdim. Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır”.

Qeyd edək ki, Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh