Bakıda 55 yaşlı piyadanı maşın vurub
Qəzalar 7 Sentyabr 2019 09:49 335 dəfə oxunub
Bakıda 55 yaşlı piyadanı maşın vurub
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Bayramov Rəfael Oruc oğlu yolu keçərkən maşın vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol topuğunun sınığı diaqnozu qoyulub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh