Şəmkirdə Türkiyədən gələn avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananlar var
Qəzalar 7 Sentyabr 2019 10:10 697 dəfə oxunub
Şəmkirdə Türkiyədən gələn avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananlar var
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Dəllərcəyir kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub, azı 10 nəfər yaralanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Avtobusda 50-yə yaxın sərnişinin olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh