Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb
Qəzalar 7 Sentyabr 2019 10:26 1502 dəfə oxunub
Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində taksi fəaliyyəti göstərən "Opel" markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə 1975-ci il təvəllüdlü Həsənov Rafiq Saleh oğlu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həsənova Ruhiyyə Yaşar qızı xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh