Avtobusların iştirakı ilə baş verən yol qəzalarının STATİSTİKASI: 120 ölü, 4 mindən çox yaralı
Qəzalar 7 Sentyabr 2019 07:36 279 dəfə oxunub
Avtobusların iştirakı ilə baş verən yol qəzalarının STATİSTİKASI: 120 ölü, 4 mindən çox yaralı
Bu keçən ilin analoji dövrü ilə müqayisədə 2.6 faiz çoxdur

Bu ilin yeddi ayı ərzində Rusiya Federasiyasında avtobusların iştirakı ilə baş verən yol qəzalarının statistikası açıqlanıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 2019-cu ilin ilk 7 ayında Rusiya yollarında avtobusların iştirakı ilə 3 minə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 120 nəfər həyatını itirib, 4.5 mindən çox insan isə xəsarət alıb. Dövlət Yol Polisi (DYP) idarəsinin mətbuat xidmətinin məlumatına görə, bu keçən ilin analoji dövrü ilə müqayisədə 2.6 faiz çoxdur.

Bildirilir ki, sərnişin daşımada təhlükəsizlik prioritet məsələ olaraq qalır. Buna görə də bu istiqamətdə profilaktik tədbirlər və genişmiqyaslı yoxlamalar davam etdiriləcək. Daşıyıcıların fəaliyyətinə nəzarət gücləndiriləcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh