“Porsche” 4 piyadanı vurub öldürdü - FOTO

Avtosfer Foto 7 Sentyabr 2019 08:05 Oxunub 1677
“Porsche” 4 piyadanı vurub öldürdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin baş vermə səbəbləri araşdırılır

Almaniyada avtomobil piyadaların üzərinə sürülüb. Avtosfer.az “RİA Novosti” istinadən xəbər verir ki, insident sentyabrın 6-sı Berlin şəhərinin Mitte rayonunda qeydə alınıb.

Məlumata görə, hələ ki, şəxsiyyəti müəyyən olunmayan sürücü yüksək sürətlə idarə etdiyi “Porsche” markalı avtomobili ilə səkidə irəliləyən 5 piyadanı vurub. Nəticədə 1-i uşaq olmaqla 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bildirilir ki, yaralılardan biri sürücü digəri piyadadır. 

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh