Neftçalada yol qəzası: 3 ölü, 3-ü yaralı
Qəzalar 7 Sentyabr 2019 17:17 151 dəfə oxunub
Neftçalada yol qəzası: 3 ölü, 3-ü yaralı
Faktla bağlı araşdırma aparılır

Neftçala rayonunda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobildə olan Neftçala şəhər sakinləri - 2017-ci il təvəllüdlü Ələkbərova Humay Elçin qızı, “Lexus”un sürücüsü Xankişiyev Xanlar Ayaz oğlu hadisə yerində ölüblər. Bakı şəhər sakini, 1962-ciil təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı isə xəstəxanada dünyasını dəyişib.

*** 15:26

Neftçala rayonunda yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. Belə ki, “Mercedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh