Avtosfer.az | Reklam
“Toyota” şəhərin içində saatda “160”la qəza törətdi: 2 ölü, 4 yaralı - VİDEO
Avtosfer TV 8 Sentyabr 2019 17:30 10893 dəfə oxunub
“Toyota” şəhərin içində saatda “160”la qəza törətdi: 2 ölü, 4 yaralı - VİDEO
Qəzanın şiddətindən avtomobil metal yığının dönüb

Rusiyanın Volqoqrad əyalətində 2 nəfərin öldüyü və 4 nəfərin də yaralandığı qəzanın görüntüləri sosial şəbəkədə yayımlanıb.

Avtosfer.az "Bloknot Volqoqrad" portalına istinadən xəbər verir ki, insident sentyabrın 7-i Voljsk şəhərində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Toyota Avensis” markalı maşın, əks yola çıxaraq minik avtomobili ilə toqquşub.

Hadisə yerinə gələn polis, qəzadan sonra deformasiyaya uğrayan nəqliyyat vasitəsinə baxış keçirən zaman, sürətölçənin oxu təxminən “160” rəqəmində ilişərək qaldığını müəyyən edib.

Sürətölçənin göstəriciləri də, təhlükəsizlik kamerasına düşən kadrlarda göstərir ki, həqiqətən də 24 yaşlı sürücü avtomobilini yüksək sürətlə idarə edib. Nəticədə sürücü hadisə yerində həyatını itirib, onun 18 yaşlı sərnişini isə xəstəxanada keçinib.

Daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara bütün lazımi tibbi yadım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh