“Mazda” “Honda” ilə toqquşdu: MSK-nın 4 üzvü olmaqla, 5 nəfər öldü - FOTO

Avtosfer Foto 9 Sentyabr 2019 14:11 Oxunub 2265
“Mazda” “Honda” ilə toqquşdu: MSK-nın 4 üzvü olmaqla, 5 nəfər öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır

Rusiyanın Krasnodar əyalətində 2 minik avtomobilinin iştirakı ilə baş verən qəzada Mərkəzi seçki Komissiyasını (MSK) 4 üzvü olmaqla, 5 nəfər ölüb. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 8-dən 9-a keçən gecə Kuban şəhəri, Otradnensk rayonunun Spokoynıy stansiyası yaxınlığında qeydə alınıb.

Məlumata görə, yolun yağışlı və sürüşkən olması səbəbindən “Mazda” markalı avtomobil əks yoldan gələn “Honda” markalı maşınla toqquşub. Nəticədə “Mazda” da 4, “Honda”da isə 1 nəfər həyatlarını itiriblər.

İnsidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı MSK sədri Ella Pamfilova, ölkədə keçirilən seçkilərin yekununa dair mətbuat konfransında, “Bizdə təəssüfedici xəbər var: Krasnodar əyalətində baş verən qəzada mərkəzi seçki komissiyasının 4 əməkdaşı ölüb” – deyib.  

O, iştirakçılardan həmkarlarının xatirəsini ehtiramla yad olunmasını xahiş edib.

Pamfilova həmçinin, ölənlərin yaxınlarına yardım etməyi də təklif edib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh