Bakıda 2 marşrut xətti birləşdirilir - SƏBƏB?

Yeniliklər 9 Sentyabr 2019 15:49 Oxunub 2039
Bakıda 2 marşrut xətti birləşdirilir - SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sentyabrın 11-dən nisbətən iritutumlu avtobuslarla sərnişindaşıma həyata keçiriləcək

Bakıda optimallaşdırılma işləri çərçivəsində daha 2 marşrut xətti birləşdirilir. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Marşrutun birləşdirilməsinin müsbət tərəfi ondan ibarətdir ki, Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilət m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəlişin rahatlaşması, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığının azalması, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılması, marşrutun fəaliyyətində idarə etmənin asanlaşması və kiçik tutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması, eləcə də digər çatışmazlıqlar barədə vətəndaşlardan "Alo141" Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də, öz növbəsində, əlavə problemlərə səbəb olur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh