Avtosfer.az | Reklam
Xaçmazda ötən ay itkin düşən şəxs tapılıb
Gündəm 9 Sentyabr 2019 16:41 5063 dəfə oxunub
Xaçmazda ötən ay itkin düşən şəxs tapılıb
Gəncin valideynləri polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər

Xaçmazda ötən ay itkin düşən şəxs tapılıb. Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini 25 yaşlı Cavid Səbzəliyev avqust ayının 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.

Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30 radələrində itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, RPŞ-yə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.

Gəncin valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh