Sumqayıtda piyadanın ölümünə səbəb olan sürücünün cəzası azaldılıb
Gündəm 9 Sentyabr 2019 19:56 409 dəfə oxunub
Sumqayıtda piyadanın ölümünə səbəb olan sürücünün cəzası azaldılıb
Hakim Fərmayıl Zeynallının sədrlik etdiyi iclasda

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ramin Cavadovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi iclasda Sumqayıt Şəhər Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, R.Cavadova təyin edilən 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilib. Qərarda qeyd edilib ki, Cavadov Ramin Qəhrəman oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

Qeyd edək ki, hadisə bu il fevral ayının 1-də Quba-Bakı yolunun 38-ci km-də baş verib. R.Cavadov Quba istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yoldan keçən piyada Pərviz Musazadəni vuraraq zərərçəkmişin ölümünə səbəb olub. O, Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Sumqayıt Şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli hökmü ilə o, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh