Rejissor Kənan M.M sosial şəbəkədə insanları qanunsuzluğa çağırıb - VİDEO

Qaydalar 9 Sentyabr 2019 19:41 Oxunub 4886
Rejissor Kənan M.M sosial şəbəkədə insanları qanunsuzluğa çağırıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəsdən inzibati xətaya görə cərimələnməkdən yayınıb

Rejissor Kənan Mahmudov sosial şəbəkədə paylaşım edərək insanları qanunsuzluğa çağırıb. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin qanunsuz parklanmaya qarşı apardığı tədbirləri tənqid edən rejissor Kənan Mahmudov özünün qayda pozmasına da haqq qazandırıb. O həmçinin Bülbül prospektində dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıb. Beləliklə də o qəsdən inzibati xətaya görə cərimələnməkdən yayınıb. Əslində rejissor bu əməli ilə digər bir xətanı tərtmiş olur ki, bunun isə daha böyük məbləğdə cəriməsi var. Rejissor digər vətəndaşları da bu cür davranmağa çağırıb ki, bu da insanların kütləvi şəkildə qanunsuz hərəkətlərə çağırmaqdan başqa bir şey deyil.  
Xatırladaq ki, videonun çəkildiyi ərazidə bir neçə ünvandan küçədən kənar parklanma yerləri mövcuddur ki, rejissor rahat şəkildə nəqliyyat vasitəsini orda park edə bilərdi.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh