Ağstafada “Mercedes”lə “Niva” toqquşdu: ölən var
Gündəm 9 Sentyabr 2019 20:37 825 dəfə oxunub
Ağstafada “Mercedes”lə “Niva” toqquşdu: ölən var
Faktla bağlı araşdırma aparılır

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” maraklı minik maşını ilə “Niva” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Niva”da olan sərnişin, 1989-cu il təvəllüdlü Elvin Heydərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh