Yol polisi avtovağzal rəhbərləri və sürücülərlə görüşlərə başladı - VİDEO

Yol polisi 10 Sentyabr 2019 00:20 Oxunub 1947
Yol polisi avtovağzal rəhbərləri və sürücülərlə görüşlərə başladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tağım komandiri Hikmət Qafarov görüşlər keçirib

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımı tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı Lənkəran Şəhərlərarası Avtovağzal MMC-nin inzibati binasında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, görüşdə BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov istər şəhərlərarası, istərsə də şəhərdaxili sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları yol hərəkəti qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırıb. Yol hərəkəti qaydalarının pozulması, xüsusilə sürət həddinin aşılması nəticəsində baş verə biləck xoşagəlməz, bədbəxt hadisələrin mümkünlüyü sürücülərə ətraflı şəkildə, faktlar sadalanmaqla izah edilib. Görüş zamanı sürücülərin ünvanladığı suallar da ətraflı şəkildə cavablandırılıb

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh