Sumqayıtda yol polisi məktəblərin ətrafına nəzarəti gücləndirib - VİDEO

Yol polisi 10 Sentyabr 2019 01:10 Oxunub 2148
Sumqayıtda yol polisi məktəblərin ətrafına nəzarəti gücləndirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidləri yenilənir

Yeni tədris ilinin başlanması ilə əlaqədar Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi və Siqnal İdarəsinin birgə təşkilatçılığı ilə məktəblərin qarşısındakı piyada keçidləri yenilənir. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Şövqi İsmayılov bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Baş inspektor sürücüləri intizamlı olmağa, yol hərəkəti qaydalarına əməl etməyə, xüsusilə məktəblərinin qarşısında ehtiyatlı olmağa çağırıb. Qeyd olunub ki, bütün bunlar vətəndaşların təhlükəsizliyini üçün önəmlidir.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh