Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi: 30 avtobus sürücüsü saxlanıldı

Yol polisi 10 Sentyabr 2019 13:20 Oxunub 1307
Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi: 30 avtobus sürücüsü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib

Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh