Aeroport yolunda avtomobil dəmir arakəsmələrə çırpılaraq aşıb
Qəzalar 10 Sentyabr 2019 13:41 429 dəfə oxunub
Aeroport yolunda avtomobil dəmir arakəsmələrə çırpılaraq aşıb
Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib

Bakıda yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Aeroport yolunda şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb.

Hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh