Yol polisi Aşura günü Bakıda belə işlədi - FOTO - VİDEO

Yol polisi 10 Sentyabr 2019 14:33 Oxunub 1355
Yol polisi Aşura günü Bakıda belə işlədi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məscidlərin ətrafında tıxac müşahidə olunmayıb

Ölkəmizdə Aşura günü ilə bağlı keçirilən tədbirlərə yol polisi əməkdaşları da cəlb olunub. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri ərazisində yerləşən məscid və ziyarətgahların yaxınlığında Çevik polis və Post patrul xidmətinin əməkdaşları ilə birlikdə yol polisi də xidmət aparıb.

YPX əməkdaşı avtobusların dayanacaqlara daxil olmasını təmin etməklə sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsinə şərait yaradır, eləcə də piyadaların keçidlərdən istifadə etməsini təmin edir.

Keçid olmayan ərazilərdə onların yolu təhlükəsiz keçməsi üçün xidmət aparırlar. Nəqliyyat sıxlığı yaranmasın deyə ərazilərdə bir neçə YPX əməkdaşı xidmət aparırdı. Polis əməkdaşları yolu keçməkdə çətinlik çəkən yaşlı insanlara köməklik göstərir, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin edirdilər. Eyni zamanda sıxlıq yaranmasına səbəb olan, avtomobili ikinci, üçüncü cərgədə saxlayan sürücülərə qarşı tədbirlər də görülürdü.

Avtosfer.az-ın əməkdaşlarının bir neçə məscidin ətrafında apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, polisin bu cür xidməti nəticəsində məscidlərin ətrafında tıxac müşahidə olunmayıb.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh