Saatlıda “07” yük maşını ilə toqquşdu - Toya hazırlaşan sürücü öldü - FOTO-VİDEO
Avtosfer TV 10 Sentyabr 2019 14:47 4432 dəfə oxunub
Saatlıda “07” yük maşını ilə toqquşdu - Toya hazırlaşan sürücü öldü - FOTO-VİDEO
Talehin yaxın vaxtlarda toyu olacaqdı

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 9-da günorta saatlarında rayonun Qıraqlı kəndinə qeydə alınıb. Saatlı sakini, 1994-cü il təvəllüdlü Qurbanov Taleh İlqar oğlunun idarə etdiyi 90 LD 383 nömrəli “VAZ 2107” markalı avtomobil “Shachman” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində T.Qurbanov hadisə yerində vəfat edib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Talehin yaxın vaxtlarda toyu olacaqdı.

Araşdırma aparılır.


VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh