Sərnişin avtobusu aşdı: 5 ölü, 24 yaralı
Qəzalar 10 Sentyabr 2019 14:50 194 dəfə oxunub
Sərnişin avtobusu aşdı: 5 ölü, 24 yaralı
Polis qəzanın baş vermə səbəblərini araşdırır

Çinin şimal-şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, insident sentyabrın 10-u səhər saatlarında Çzilinı əyalətinin İnıanı şəhərində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu döngədə naməluma səbəblərdən idarəetmədən çıxaraq aşıb.

Hadisədə sürücü ilə birgə 5 nəfər həyatını itirib, daha 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh