3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan dəhşətli qəzada ölüb - VİDEO
Avtosfer TV 10 Sentyabr 2019 15:32 1373 dəfə oxunub
3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan dəhşətli qəzada ölüb - VİDEO
Hazırda hüquq-mühafizə orqanları araşdırmalara aparır

Başqırdıstanın Ufimsk bölgəsində 3 ay əvvəl itkin düşmüş 17 yaşlı oğlan yol qəzasına düşərək həyatını itirib. Avtosfer.az “Vesti.ru”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 9-u Tuymazinsk rayonunun M-5 trasında baş verib. Qəza anının kadrları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə, döngədən yüksək sürətlə “Lada” markalı avtomobilin çıxdığı və yol kənarına “uçduğu” görülür. Bundan sonra hərəkət zolağına qayıtmaq istəyən sürücü bu dəfə də yük maşını ilə toqquşur.

Qəzadan sonra “Lada”nın sürücüsü xəstəxanaya çatdırılsa da, lakin, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha sonra məlum olub ki, insidentin 17 yaşlı günahkarı, saxta avtomobil nömrəsindən istifadə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etməkdən bir dəfə saxlanılıb. Həmçinin o, cari ilin iyun ayından itkin düşmüş hesab olunub.

Hazırda hüquq-mühafizə orqanları araşdırmalara aparır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh