“Rolls-Royce Wraith”dan möhtəşəm görünüşlü 3 avtomobil - FOTO

Avtoxəbər 10 Sentyabr 2019 17:30 Oxunub 2638
“Rolls-Royce Wraith”dan möhtəşəm görünüşlü 3 avtomobil - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının hər birinin qiyməti 906 min manat təşkil edir

İngilislər, rusiyalı müştərilər üçün məhdud sayda “Black and Bright” adlı 3 yeni rəngli xüsusi modifikasiyalı “Rolls-Royce Wraith” modelini nümayiş etdirib. Avtosfer.az “Autonews.ru”ya istinadən xəbər verir ki, avtomobillərdən biri yaşıl (Brennen Green), ikincisi narıncı (Orange Metallic) və üçüncüsü isə firfirlı bənövşəyi çalarları ilə birləşərək (Twight Purple) qaraya (Diamond Black) oxşar kimi rənglənib. Moskvada keçirilən kolleksiyanın təqdimatı zamanı “Rolls-Royce Motor Cars”ın dizayneri Mett Dentonun söyləyib ki, hər üç avtomobil rusiyalı müştərilərin zövqünü və üslubunu əks etdirir, ona görə də onlar fərqlidir.

“Wraith”in tavanı sanki ulduzlu səmanı andırır – o narıncı, yaşıl və bənövşəyi rəngli parlayan lampalarla bəzədilib.

Avtomobilin salonu qara rəngli dəridən kontrastlı tikişlərlə örtülüb, ön paneli bəzəmək üçün alüminium, karbon lifindən istifadə edilib. Bu cür materiallar yalnız hərbi təyyarələrdə istifadə olunur ki, bu da onları radarlara qarşı gözəgörünməz etsin.

Şirkətin dizayneri həmçinin qeyd edib ki, bu maşınlar xüsusi olaraq “Rolls-Royce Motor Cars Moscow”a üçün hazırlanıb.

Avtomobillər yaxın günlərdə Rusiyalı müştərilərinə təslim ediləcək.

Maşının hər birinin qiyməti 35 milyon rubl (906 min manat) təşkil edir.

“Rolls-Royce Wraith” 624 at gücündə olan 8 pilləli avtomatik sürət qutusu və həcmi 6.6 litrlik benzinlə işləyən “V12” mühərrik ilə təchiz olunub.

Avtomobilin maksimal sürəti 250 km/saatdır.

O, 100 km/s 4.6 saniyəyə toplayır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh