Bakıda iki avtobus və bir minik avtomobili toqquşdu: 7 nəfər xəsarət alıb - FOTO
Qəzalar 10 Sentyabr 2019 20:14 435 dəfə oxunub
Bakıda iki avtobus və bir minik avtomobili toqquşdu: 7 nəfər xəsarət alıb - FOTO
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakıda iki sərnişin avtobusunun və bir minik avtomobilinin toqquşması ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

 

*** 18:59

 

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb. Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh