Bakının mərkəzində “Porsche” qəza törədib - FOTO
Qəzalar 10 Sentyabr 2019 19:39 372 dəfə oxunub
Bakının mərkəzində “Porsche” qəza törədib - FOTO
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib

Bakının mərkəzində yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Lev Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “Porsche panamera” markalı 90-AD-073 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı zamanı Səməd Vurğun küçəsi istiqamətindən gələn “Ford” markalı 99-HX-126 dövlət nömrə nişanlı yük maşınını yandan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh