Avtosfer.az | Reklam
Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayır
Gündəm 10 Sentyabr 2019 20:29 272 dəfə oxunub
Ölümlə nəticələnən yol qəzası törədən sürücünün məhkəməsi başlayır
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib

Ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nicat Şalbuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il avqustun 5-də Quba rayonu ərazisindəXaçmazın Əhmədova kənd sakini, 34 yaşlı Nicat Tahir oğlu Şalbuzov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Quba şəhəri istiqamətinə gedərkən idarəetməni itirib. Nəticədə yoldan çıxaraq Püstəqasım kəndinin qaz xəttinə çırpılıb. Maşında olan 4 sərnişin-Xaçmazın Müzəffəroba kənd sakinləri 61 yaşlı Elmira Məmmədova, onun gəlini və nəvəsi-26 yaşlı Şəlalə, 6 yaşlı Dilşad Məmmədovalar, Qubanın Timiryazev qəsəbə sakini, 39 yaşlı Gülnarə Quliyeva Quba diaqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq nənə Elmira Məmmədovanı xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh