Məşhur reper polis tərəfindən güllələnərək öldürüldü - VİDEO
Avtosfer TV 10 Sentyabr 2019 20:50 1345 dəfə oxunub
Məşhur reper polis tərəfindən güllələnərək öldürüldü - VİDEO
O, əmrə tabe olmayıb

Məşhur amerikalı reper Brian J. Quinones polis tərəfindən güllələnərək öldürülüb.

Avtosfer.az "nypost.com"a istinadən xəbər verir ki, hadisə Amerikanın Minnesota şəhərində qeydə alınıb.

Məlumata görə, reper Brian J. Quinones işıqforun qırmızı işığından keçdiyi üçün polis tərəfindən “Dayan” əmri verilib. Ancaq buna məhəl qoymayan reper qaçmağa başlayıb və polislə aralarında qaçdı-qovdu yaşanıb.

Brian, həmin anlarının görüntülərini “Facebook” hesabından canlı olaraq yayımlayıb.

Sonda polisdən qaça bilməyəcəyini baş düşən Brian, avtomobilindən bıçaqla endiyini görən polis ona “bıçağı yerə qoy”, - deyə əmr edib. Əmrə tabe olmayan reper polisin açdığı atəş nəticəsində öldürülüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh