Toyota Estima minivanın istehsalını dayandıracaq

Avtoxəbər 10 Sentyabr 2019 22:13 Oxunub 1280
Toyota Estima minivanın istehsalını dayandıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toyota dünya bazarında daha yüksək tələbat olan daha perspektivli avtomobillərlə məşğul olacaq

Toyota şirkətinin nümayəndələri son 13 il ərzində bazarda mövcud olan Toyota Estima modelinin satışını dayandırdıqlarını elan ediblər.

Avtosfer.Az ted.az-a istinadən bildirir ki, bu qərarın səbəbi dünya bazarında minivana olan tələbatın kəskin şəkildə azalmasıdır. Həmin seqmentin avtomobillərinə tələbat da tədricən azalır. Bundan başqa, əvvəllər ekspertlər dəfələrlə qeyd ediblər ki, Toyota dünya bazarında daha yüksək tələbat olan daha perspektivli avtomobillərlə məşğul olacaq.

Toyota şirkəti son yarım ildə göstərilən modelin 790-dan artıq avtomobilini satıb, lakin bu həcmlər minivan buraxılışında işi davam etdirmək üçün kifayət deyil. İnsayderlər gələcəkdə bazarda daha geniş modelin meydana gələ biləcəyini proqnozlaşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh