“İnsanları yol hərəkəti qaydalarına əməl etməyə çağırdığımız halda, Kənan kimi insanlarsa...”

Qaydalar 10 Sentyabr 2019 22:44 Oxunub 2508
“İnsanları yol hərəkəti qaydalarına əməl etməyə çağırdığımız halda, Kənan kimi insanlarsa...”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert K.Mahmudovun bu addımını qınadığını bildirib

Rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaratmamasından şikayətlənib. 

Bu cür problemlər zamanı Bakı Nəqliyyat Agentliyini ittiham etmək nə qədərəcə doğrudur və çıxış yolu nədədir?

Moderator.az-ın sualını cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, K.Mahmudovun ittihamları həqiqəti əks etdirmir:

“Bakı Nəqliyyat Agentliyi bu məsələylə bağlı açıqlama yaydı və məlum oldu ki, Kənan Mahmudovun dayandığı yerdən təxminən yüz metr irəlidə bir neçə küçənin kəsişməsinin sağ və sol hissəsində avtomobil park etməyə icazə verilir. Sadəcə olaraq Kənan bəyin işləri çoxdur, əziyyət çəkmək istəmir və bu baxımdan da harda gəldi maşın saxlamaq istəyir. Buna görə də o, da taksi sürücülərinin istifadə etdiyi üsula əl ataraq avtomobilini kameranın altında saxlayaraq nömrəsini qapatmağa çalışıb. Hər halda düşünmürəm ki, bu çıxış yoludur. Biz insanları yol hərəkəti qaydalarına əməl etməyə çağırdığımız halda Kənanın bunun əksini etməsi düzgün yanaşma deyil. Mən düşünürəm ki, gələcəkdə əgər vətəndaşların hansısa konfiliktli müraciətləri olarsa, o zaman artıq vətəndaşların çağırışlarına Bakı Nəqliyyat Agentliyinin reaksiya verməsini gözləyirəm. Necə ola bilər ki, bir kilometr ərazidə dayan-durma yeri olmasın. İnsanların xəstə olanı, aptekə gedəni, uşağına qida almaq üçün marketə gedəni var”. 

Ekspert deyib ki, tikilən binalarda park yerləri nəzərə alınmır və sonda bu cür arzuolunmaz hallar baş verir:

“Biz Avropa-Avropa deyirik, amma bizimlə Avropa arasında uyğunsuzluq var. Çünki Avropada şəhərsalma qaydaları tamam başqa üsulda, qaydalar çərçivəsində aparılır. Heç kim “şapka” verib yolun hərəkət hissəsində, səkinin üzərində bina tikmir. Amma bizdə belə deyil. Köhnə yaşayış məhəllələrində yerləri alıb çərçivələrdən kənara çıxıb binalar tikib satırlar. Bəs bu adamlar fikirləşmir ki, 200-250 mənzilli binanı satanda bunlar maşınlarını harda saxlayacaqlar. Binadan ev alan adamın sözsüz ki, avtomobili var. Hələ bir evdə olur ki, bir neçə adamın avtomobili olur. Ona görə də bu binanı tikən başıbatmış iş adamı ən azı 400 maşınlıq parkinq yeri nəzərə almalıdır. Burda nə insanları, nə də agentliyi qınamalı deyil. Düşünürəm ki, belə konfiliktli məsələlərdə vətəndaşları nəzərə almalıdırlar”. 

Ekspert K.Mahmudovun bu addımını qınadığını bildirib:

“Əgər yüz metr irəlidə park yeri varsa, Kənan Mahmudov kimi insanlar isə deyir ki, mütləq mən ürəyim istəyən yerdə dayanmalıyam, bu düzgün yanaşma deyil. Mən bu addımı qınayıram. K.Mahmudov tanınmış rejissordur, düzdü bir az kobud adam kimi cəmiyyətdə tanınır, amma nə olar ki, bir dəfə də yaxşı şeyə çağırış etsin. Məsələn, çox istəyərdim ki, K.Mahmudov bir gün təhlükəsizlik kəmərin taxsın və vətəndaşlara, dostlarına çağırış etsin ki, mən bu gündən təhlükəsizlik kəmərin taxıram. Bu mənim həyatım üçün daha önəmlidir və siz də taxın. Məncə bu daha yaxşı olar. Bu gün Avropada, Türkiyədə tanınmış insanlar cəmiyyətə yaxşı nümunə olurlar. Bizdə isə əksinədir. Dünən çıxıb bir-iki seriala çəkilir, stəkan daşıyan rolunda oynayır və səhər baxırsan ki, bahalı maşında sinəsi açıq şou göstərir. Hələ görün bu populyar bir aktyor olsa, daha məşhur filmlərdə iştirak etsə, necə olar”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh