Sumqayıtda avtomobil piyadanı vurub öldürüb
Qəzalar 11 Sentyabr 2019 09:05 299 dəfə oxunub
Sumqayıtda avtomobil piyadanı vurub öldürüb
Faktlıa bağlı araşdırma aparılır

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında avtomobil yolunu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Quliyeva Adilə Baydulla qızını maşın vurub.

Qəza nəticəsində ağır  xəsarətlər alan piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 74  yaşlı qadını xilas etmək mümkün olmayıb və o xəstəxanada ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktlıa bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh