Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub
Gündəm 11 Sentyabr 2019 09:11 617 dəfə oxunub
Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub
Faktla bağlı araşdırma aparılır

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Zabrat I qəsəbəsində minik avtomobili yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona baş beyinin əzilməsi, qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh