Avtosfer.az | Reklam
Bu gün 4 küçədə rənglənmə işləri aparılır
Gündəm 11 Sentyabr 2019 11:35 165 dəfə oxunub
Bu gün 4 küçədə rənglənmə işləri aparılır
Nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır. Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh