Avtosfer.az | Reklam
İranda ağır yol qəzası: 3 nəfər diri-diri yandı
Qəzalar 11 Sentyabr 2019 11:58 169 dəfə oxunub
İranda ağır yol qəzası: 3 nəfər diri-diri yandı
Faktla bağlı araşdırma aparılır

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib. M.Cəlilin sözlərinə görə, “Peugeot 206” avtomobilinin “Pride” markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh