Sərnişin avtobusu 4 maşına çırpıldı: 7 yaralı - FOTO
Qəzalar 11 Sentyabr 2019 13:27 359 dəfə oxunub
Sərnişin avtobusu 4 maşına çırpıldı: 7 yaralı - FOTO
Polis insidentlə bağlı araşdırmalara başlayıb

İstanbulda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 7 nəfər yaralanıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Avcılar rayonunun Ambarlı meydanında qeydə alınıb.

Məlumata görə, su maşınının sulama apardığı zaman yola su dağılıb və hərəkətdə olan sərnişin avtobusu yolun sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq park edilmiş 4 nəqliyyat vasitəsini çırpılıb. Toqquşmanın şiddətindən avtobusda olan sərnişinlər həyəcan keçiriblər. Qəzada 7 nəfər müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh