Avtosfer.az | Reklam
Avtomobil hissələri daşıyan yük təyyarəsi qəzaya uğradı - VİDEO
Qəzalar 11 Sentyabr 2019 16:07 678 dəfə oxunub
Avtomobil hissələri daşıyan yük təyyarəsi qəzaya uğradı - VİDEO
Yerə düşən təyyarə tamamilə yanıb

ABŞ-ın Ohayo ştatında bortunda avtomobil hissələri olan yük təyyarəsi qəzaya uğrayıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident səhər saatlarında Toledo hava limanı yaxınlığında baş verib. Bu barədə yerli “WTVG” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yerə düşən təyyarə tamamilə yanıb. Onun göyərtəsində 2 nəfər olub, onların taleyi barədə hələ ki heç bir məlumat yoxdur.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğını söndürüblər.

Aeroportun təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, qəzadan əvvəl onlar təyyarənin ekipajından qəza siqnalı almayıblar.

 

Namiq Musayev

 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh