BNA bu küçələrdə dayanacaqların yerini dəyişdi - FOTO

Yeniliklər 11 Sentyabr 2019 16:32 Oxunub 3697
BNA bu küçələrdə dayanacaqların yerini dəyişdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə BNA məlumay yayıb. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki;

- Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırdı.

- Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh