Avtosfer.az | Reklam
Gəncədə avtomobil işıq dirəyinə çırpılıb - FOTO
Qəzalar 11 Sentyabr 2019 19:56 370 dəfə oxunub
Gəncədə avtomobil işıq dirəyinə çırpılıb - FOTO
Faktla bağlı araşdırma aparılır

Gəncədə yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. Belə ki, Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı KİA markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə dəyərək, yolun əks tərəfinə keçib. Xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya yağışlı hava səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh