Avtosfer.az | Reklam
Yol var, lakin istifadə edilmədiyi üçün tıxac yaranır - Səbəb nədir? - VİDEO
Gündəm 11 Sentyabr 2019 20:38 830 dəfə oxunub
Yol var, lakin istifadə edilmədiyi üçün tıxac yaranır - Səbəb nədir? - VİDEO
Yolun perspektivliyi öz təsdiqinə taparsa, təmir işləri aparıla bilər

Abşeron rayonunun Masazır qəsəbəsindən paytaxta, eyni zamanda əks istiqamətdə gedən sürücülər hər gün demək olar ki, tıxacda qalır. Əslində isə Bakı-Sumqayıt yoluna çıxan alternativ daha bir yol var. Bu yoldan istifadə etməklə sürücülər tıxacsız magistral yola çıxa bilərlər. Lakin yolun bərbad vəziyyətdə olması buna imkan vermir.

Xezerxeber.az-ın məlumatına görə, yol var, lakin istifadə edilmir.

Bu da Abşeron rayonunun Masazır qəsəbəsindən gələn və buradan keçən minlərlə sürücü üçün əlavə vaxt itkisi deməkdir. Halbuki qəsəbədə başqa bir yol da var.

Bakı-Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı yaşayış kompleksi məhəlləsini birləşdirən bu yol bir neçə ildir ki, mövcuddur. Alternativ yol kimi bəzi sürücülərin istifadə etdiyi bu yol təmir olunarsa, Bakı-Sumqayıt magistralı ilə Masazırı birləşdirən xətlərdə tıxac xeyli yüngülləşə bilər.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, belə bir yol Agentliyin balansında mövcud deyil. Lakin sakinlər rəsmi müraciət etdikdən sonra Agentliyin mütəxəssisləri əraziyə baxış keçirə bilərlər. Yolun perspektivliyi öz təsdiqinə taparsa, təmir işləri aparıla bilər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh