Qaxda 11 yaşlı qızı avtomobil vurub
Qəzalar 12 Sentyabr 2019 08:36 187 dəfə oxunub
Qaxda 11 yaşlı qızı avtomobil vurub
Faktla baglı araşdırma aparılır

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb. Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla baglı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh