43 yaşlı kişini avtomobil vurub - Bakıda
Qəzalar 12 Sentyabr 2019 08:58 314 dəfə oxunub
43 yaşlı kişini avtomobil vurub - Bakıda
Faktla bağlı araşdırma aparılır

Bakının Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1976-cü il təvəllüdlü Şirəliyev Xaliq Yusif oğlunu avtomobil vurub. Xəstəxanaya gətirilən X. Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh