Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb
Qəzalar 12 Sentyabr 2019 09:28 501 dəfə oxunub
Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə piyadanı avtomobil vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nizami küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki məhəllə yolunda baş verib. Belə ki, “VAZ 21099” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. Baş nahiyəsindən xəsarət alan 1964-cü il təvəllüdlü yaralı Xəlilova Nəsibə Səlim qızı xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardımdan sonra onun vəziyyətinin stabilləşdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh