ABŞ Polşaya 32 ədəd F-35 satacaq
Gündəm 12 Sentyabr 2019 07:39 437 dəfə oxunub
ABŞ Polşaya 32 ədəd F-35 satacaq
Təyyarələr Rusiya istehsalı olan MiQ-29 və Su-22-ləri əvəzləyəcək

ABŞ prezidenti Donald Tramp Polşaya 32 ədəd qırıcı bombardmançı F-35 təyyarəsinin satılmasını təsdiqləyib. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, sövdələşmə Varşavaya 6.5 milyard dollara başa gələcək. Bu, Polşa müdafiə xərclərinin böyük hissəsidir.

Bildirək ki, nazirliyin hərbi büdcəsi 2019-cu ildə 11.9 milyard dollar təşkil edib.

Təyyarələr Polşada Rusiya istehsalı olan MiQ-29 və Su-22-ləri əvəzləyəcək.

Artıq Tramp administrasiyası ABŞ Konqresinə satışla bağlı məlumat verib.

Vaşinqtonda belə sövdələşməyə, Şimali Atlantik Alyansı müttəfiqinin təhlükəsizliyinin artması kimi baxılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh