Kürdəmirdə ağır yol qəzası: 7 yaralı - FOTO
Qəzalar 12 Sentyabr 2019 13:54 69 dəfə oxunub
Kürdəmirdə ağır yol qəzası: 7 yaralı - FOTO
Faktla bağlı araşdırmalara başlanılıb

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Əhmədzadə Aysu Elmir qızı, 2015-ci il təvəllüdlü Əhmədzadə Ələddin Elmir oğlu, 2013-cü il təvəllüdlü Əhmədzadə Aylin Elmir qızı, 1982-ci il təvəllüdlü Əhmədov Elmir Vaqif oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Şəbnəm Ələddin qızı və Mingəçevir şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhumova Gültəkin Kərim qızıdır.

*** 11:30

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində  qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh