Sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib – Nasazlıq səbəbindən
Gündəm 12 Sentyabr 2019 13:56 82 dəfə oxunub
Sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib – Nasazlıq səbəbindən
Nasazlığın səbəbləri araşdırılır

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmanlı-Mürsəlli mənzilində olarkən  texniki nasazlıq yaranıb. Avtosfer.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumatda deyilir ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh