Yol Polisi “Diqqət, uşaqlar!” aylığına hazırlaşır - FOTOLAR

Yol polisi 12 Sentyabr 2019 14:05 Oxunub 1403
Yol Polisi “Diqqət, uşaqlar!” aylığına hazırlaşır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi növbəti dəfə maarifləndirici tədbir həyata keçirərək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti dəfə maarifləndirici tədbir həyata keçirərək, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar və müəllimlərlə görüşüb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqə şöbə əməkdaşları uşaqlarla görüş zamanı küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsi istiqamətində açıq dərs keçirib. Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, yol hərəkəti qaydaları ilə bağlı suallar cavablandırılmışdır. Eyni zamanda mərkəzin ərazisində yeni nişanlanma xəttləri, yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər BDYPİ tərəfindən həyata keçirilmişdir. Yol polisinin gördüyü işlərinə görə məktəbin müəllim və şagird heyəti, valideynlər, Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh