Evdən 900 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - Bakıda
Gündəm 12 Sentyabr 2019 14:07 90 dəfə oxunub
Evdən 900 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb - Bakıda
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda keçmiş məhkum evdən 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da rayon ərazisindəki evlərin birindən 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan E.Hüseynzadə saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh