Bakıda avtomobil yolu keçən kişini vuraraq öldürüb
Qəzalar 12 Sentyabr 2019 14:15 166 dəfə oxunub
Bakıda avtomobil yolu keçən kişini vuraraq öldürüb
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh